Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi təsdiqləndi – Rəy

img

18-12-2018 [19:19]


Hesablama Palatasının kollegiya iclasında Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il üçün büdcəsinin layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının rəyi müzakirə edilərək təsdiq olunub.

Mia.az-ın məlumatına görə, Hesablama Palatasının rəyində qeyd edilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən Hesablama Palatasına təqdim edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2019-cu il büdcəsi barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının layihəsi ölkə qanunvericiliyi ilə Dövlət Neft Fondunun qarşısında qoyulmuş məqsəd və vəzifələri təmin etmək üçün və "Azərbaycan Respublikasının Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları"nın tələblərinə uyğun hazırlanıb, Azərbaycan Respublikasında vahid makroiqtisadi siyasətin yürüdülməsi və dövlət idarəetmə sektorunun gəlirlərinin ümumiləşdirilməsi prinsipinə müvafiqdir.

Dövlət Neft Fondunun 2019-cu il üçün büdcə layihəsi, habelə fondun vəsaitinin 2019-cu ildə istifadəsinin əsas istiqamətləri (proqramı) və fondun 2019-cu ildə idarə edilməsi ilə bağlı xərclər smetasının layihələri məqbul hesab edilib, onların təsdiq edilməsi barədə müvafiq fərman layihəsinin Azərbaycan Respublikasının Dövlət Neft Fondunun Müşahidə Şurasına təqdim edilməsi üçün Dövlət Neft Fonduna göndərilməsi tövsiyə olunub.

Kollegiyada həyata keçirilmiş bir sıra nəzarət tədbirləri üzrə hesabatlar da müzakirə olunub. Onlar arasında Bakı Slavyan Universiteti üzrə daxilolmaların və xərclərin proqnozlaşdırılması və icrasına dair; Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinə dövlət büdcəsindən ayrılan vəsaitlərin və "Ətraf Mühitin Mühafizəsi üzrə Dövlət Fondu"nun daxilolmalarının və xərclərinin icrasına dair hesabatlar var.

İclasda hər bir nəzarət tədbiri üzrə kollegiya qərarının layihəsi müzakirə edilərək təsdiq olunub. Həmin qərarların icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və nəzarət tədbirlərinin nəticələri barədə məlumatların Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR