Müdafiə Nazirliyinin rəhbər heyəti toplandı - FOTO

img

18-12-2018 [18:35]


Müdafiə naziri general-polkovnik  Zakir Həsənovun təsdiq etdiyi fəaliyyət planına əsasən nazirliyin bütün rəhbər heyətinin iştirakı ilə  toplanış keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, Müdafiə nazirinin müavinləri, qoşun növləri və qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplanışdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Toplanışa qatılan heyət Təlim-Tədris Mərkəzində və çöl-səhra şəraitində təşkil olunan təlim nöqtələrində nəzəri və praktiki məşğələlərdə iştirak ediblər.

Şəxsi heyətin fiziki və sıra hazırlığı yoxlanılıb, iştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi  sənədlər üzrə məqbullar qəbul edilib.

Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində atıcı silahlardan atışlar icra olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq