"OPEC+ dağılsaydı, neftin qiyməti 300 dollara çata bilərdi" - Ekspert

img

18-12-2018 [17:40]


Rusiyanın OPEC+ sazişindən çıxması halında neft qiymətlərindəki dəyişkənlik keçmişdə sınaqdan keçirilmiş bütün maksimum və minimumları üstələyə bilər.

Bu barədə Kral Abdulla Neft Analitik və Araşdırma Mərkəzinin (KAPSARC) prezidenti Adam Seminski bildirib.

"Tədqiqatımız göstərir ki, 2011-2012-ci illərdə Liviyada tədarüklə bağlı kəsilmələr olanda neftin qiyməti OPEC-in müdaxiləsi olmadan 200dollar/barel səviyyəsini də aşa bilərdi. Bu, 2012-ci ildə də baş verə bilərdi və bu, indi - 2018-ci ildə də baş verə bilərdi. OPEC+ çərçivəsində Rusiya və Səudiyyə Ərəbistanının qərarları olmasaydı, 2018-ci ildə neftin qiyməti bir barel üçün 300 dollar həddinə doğru irəliləyə bilərdi", - o, deyib.

Onun sözlərinə görə, OPEC-in dağılması halında dünya təkliflərlə bağlı kəsilmələrin olduğu və digər sarsıntılar dövründə bazarı sabitləşdirən təhlükəsizlik yastığından məhrum olacaq: "OPEC həlledici tədarükçü rolunu oynayan ən vacib institutdur. OPEC-in sərbəst gücünün, təxminən, 70%-i Səudiyyə Ərəbistanının payına düşür. Bu halda neft qiymətləri daha da dəyişkən olacaq. İndiyə qədər gördüyümüz qiymət pikləri daha da yüksək, minimumları isə daha da aşağı olacaq".

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR