"Yeni silahlarımız davakar danışıq tərzinə öyrəşənləri düşündürəcək” - Putindən xəbərdarlıq

img

18-12-2018 [16:46]


"Rusiyanın yaxın onilliklər ərzində təhlükəsizliyini təmin edən modern silahlar davakar danışıq üslubuna öyrəşənləri düşündürəcək".

Bu barədə Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında Prezident Vladimir Putin bildirib.

"Bu il martın 1-də Federal Şuraya müraciətimdə qeyd etdiyim dünyada misli olmayan modern silahların yaradılması ilə bağlı mühüm addımlar atılıb. Ümidvaram, yeni sistemlərimiz davakar danışıq tərzinə öyrəşənləri düşündürər”, - Rusiya Prezidenti vurğulayıb.

"Avanqard” raket sistemlərinin müntəzəm istehsalına başladıqlarını, "Kinjal” səsüstü təyyarələrin uğurlu keşik uçuşlarını, "Peresvet” lazer sistemlərinin tətbiqi sınaqlarını qeyd edən V.Putin bu kimi silahların ordu və donanmanın imkanlarını qat-qat artırdığını, yaxın on illər ərzində Rusiyanın təhlükəsizliyini etibarlı şəkildə təmin etdiyini vurğulayıb. O, yeni silahları sayəsində dünyada qüvvələr balansının və sabitliyin artmasını da diqqətə çatdırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı