Xaçmazda sahibkarı qətlə yetirən şəxslərin cinayət işi prokurorluğa qaytarılıb - Səbəb

img

18-12-2018 [16:33]


Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xaçmaz rayonunda sahibkarı qətlə yetirməkdə təqsirləndirilən Vüsal Rüstəmov, Firudin Axverdiyev və Qalib Kərimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Mia.az "Report"a istinadən xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən İlqar Məmmədovun həyat yoldaşı vəsatət qaldırıb.

O, vəsatətində cinayət işinin istintaqa qaytarılmasını, təqsirləndirilən şəxslərin cəzalarının ağırlaşdırılmasını, bu işdə ayrı şəxslərin əlinin olub-olmamasının araşdırılmasını istəyib.

Həmçinin vəsatətdə zərərçəkmişin hüquqi varisi qeyd edib ki, ona dəymiş zərər 1 milyon dollardır.

Məhkəmə vəsatəti təmin edib, cinayət işi yenidən araşdırılması üçün ibtidai istintaqa qaytarılıb.

Xatırladaq ki, prokuror çıxışında V.Rüstəmovla F.Axverdiyevun 20 il və Q.Kərimovun isə ömürlük azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, ittiham aktına əsasən, təqsirləndirilən şəxslər cinayətkar dəstə yaradaraq Xaçmazda quldurluq, oğurluq cinayətləri ilə məşğul olublar.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq