Sahil Babayevə daha bir səlahiyyət verildi - Baş nazirdən sərəncam

img

18-12-2018 [15:28]


Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsini imzalamaq səlahiyyətinin verilməsi barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” texniki yardım layihəsini Azərbaycan Respublikası Hökuməti adından imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verilib.

Xarici İşlər Nazirliyinə göstərilən texniki yardım layihəsini Azərbaycan Hökuməti adından imzalamaq səlahiyyətinin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə verildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına bildiriş göndərmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı