Təqaüdlər və təhsil xərcləri maliyyələşəcək - Baş nazirdən sərəncam

img

18-12-2018 [14:52]


Baş nazir Novruz Məmmədov "Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dövlət sifarişi üzrə və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün vəsait ayrılması barədə” sərəncam imzalayıb.

Sərəncama əsasən "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1756 nömrəli Fərmanının 1.4.7.15-ci yarımbəndində "Dövlət sifarişi ilə ali təhsilin maliyyələşdirilməsi və təhsil sahəsində digər tədbirlər” üçün nəzərdə tutulmuş vəsaitdən Təhsil Nazirliyinə dövlət sifarişi üzrə və dövlət hesabına kadr hazırlığının maliyyələşdirilməsi üçün təqaüd xərcləri üzrə 8 milyon 853 min 63 manat, təhsil xərcləri üzrə 11 milyon 262 min 256 manat olmaqla, cəmi 20 milyon 115 min 319 manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyinə ayrılan vəsaitin müəyyən olunmuş qaydada ödənilməsini təmin etmək tapşırılıb.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq