“Ümumbəşəri dəyərlərin cəmiyyətin inkişafında rolu” mövzusunda ictimai müzakirələr başa çatıb

img

18-12-2018 [12:59]


"Cəmiyyətin inkişafı üçün ümumbəşəri dəyərlərin təbliği” layihəsi çərçivəsində Mingəçevir, Qəbələ, Qazax, Qax rayonlarında ictimai fəal qadınlar üçün "Ümumbəşəri dəyərlərin cəmiyyətin gender inkişafında rolu” mövzusunda ictimai müzakirələr keçirilib.

Strateq.az bildirir ki, ictimai dinləmələrdə milli və ümumumbəşəri dəyərlərin sintezi, ümumbəşəri dəyərlərin inkişaf və tərəqqi proseslərində rolu, cəmiyyətədə dəyərlərlə münasibət və mövcud problemlər arasında birbaşa uyğunluq, ümumbəşəri dəyərlər kontekstində erkən nikahlar, selektiv abortlar, gender bərabərliyi ilə əlaqədar problemlər müzakirə olunub.

İştirakçılara "Dəyərlər seçimi”, həmçinin "Dəyələrin müqayisəsi” mövzularında diskusiya aparılması təklif olunub. Müzakirələr əsasən "Dəyərlərin müqayisəsi” cədvəli ətrafında aparılıb. Müzakirələrdə məqsəd cəmiyyətdə hakim dəyərlərlə meydana çıxan problemlər arasında mümkün rabitəni, ,həmçinin gender bərabərliyi aspektində tapmaq olmuşdur.

İctimai müzakirələrdə ümumilikdə 100 nəfər iştirak edib.

Bu tədbilər Almaniyanın Federal Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən "Şərq Tərəfdaşlığı ölkələri və Rusiyada vətəndaş cəmiyyəti ilə əməkdaşlığın inkişaf etdirilməsi” proqramı çərçivəsində "Cəmiyyətin inkişafı üçün ümumi dəyərlərin təşviqi” layihəsi Almaniyadan "Qadın evi” təşkilatının yerli tərəfdaşı "Qadınlar Arasında Həmrəylik” İB tərəfindən təşkil edilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı