Ərdoğanın "Bu millət kəlləni patladar" hədəsinə məşhur aparıcı cavab vermədi: "Əcaba, nə deyəcək Fateh?"

img

18-12-2018 [11:06]


Türkiyə prezidenti Ərdoğan  FOX TV-nin məşhur aparıcısı Fateh Portakala növbəti dəfə sərt şəkildə xəbərdarlıq edib.

Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bu gün çıxış etdiyi toplantıda FOX TV-nin aparıcısı Fateh Portakalı nəzərdə tutaraq "Portakaldımı, mandalinmidir, çıxıb xalıq küçələrə çağırır. Həddini bil. Əgər bilməzsənsə, bu millət kəlləni patladar", - deyə bildirib.

Ərdoğanın bu xəbərdarlığından sonra diqqət FOX TV-nin ötən gün axşamkı "Ana xəbər" proqamına yönəlib.

Lakin TV-nin aparıcısı Fateh Portakal isə Ərdoğanın çıxışına şərh verməyəcəyini deyib: "Əcaba, nə deyəcək Fateh, əcaba  haqqında söylənən sözlərə cavab verməyi düşünürmü? Xeyr, heç vaxt. Əgər belə bir şey gözləyirsinizsə, nə bu gün, nə sabah duyacaqsınız.  Biz burada, sadəcə, Türkiyənin  gerçək xəbərlərini yayırıq".

Xatırladaq ki, ötən həftə FOX TV-nin "Ana xəbər" buraxılışında Fransadakı "Sarı jiletlilər”in aksiyasını şərh edən aparıcı Fateh Portakalın aşağıdakı sözləri Ərdoğanı qəzəbləndirib: "Gəlin barışcıl bir aksiya ilə bahalaşmaya, bütün qiymət artımlarına, qazın qiymətinə etiraz edək. Edə bilərikmi? Neçə nəfər qorxudan, narahatlıqdan küçəyə çıxacaq? Allah eşqinə, neçə nəfər meydana çıxar, deyə bilərsinizmi? Fərdi və toplumsal müxalifəti basqı altına almağa və sındırmağa çalışırlar. Oysa ki, etiraz etmək ən təbii haqqdır, amma tətbiqinə imkan verilmir. Fransa olsun, Türkiyə olsun, açığı, çox da fərq etmir”.



Digər xəbərlər
SON XƏBƏRLƏR