Prezident elektrik stansiyalarının təmir-bərpa işləri ilə bağlı sərəncam verdi, 30 milyon ayrıldı

img

17-12-2018 [18:14]


Prezident İlham Əliyev bu gün daha bir sərəncam imzalayıb. 

Mia.az bildirir ki, sərəncama əsasən, "Şimal”, "Cənub”, "Sumqayıt” və "Mingəçevir” elektrik stansiyalarında təmir-bərpa işlərinin görülməsi və zəruri avadanlıqların tədarük edilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə nizamnamə kapitalının artırılması üçün ilkin olaraq 30 milyon manat ayrılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR