Bakcell-ə birlikdə qanunsuz lotereya təşkil edən şirkət 8 min manat cərimələndi - Palatadan açıqlama

img

17-12-2018 [17:42]


Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) qanunsuz lotereya təşkil edən "F Telecom” MMC-ni 8 min manat cərimələtdirib. 

"Report”un məlumatına görə, bu barədə Palatanın vətəndaş Fuad Salmanlının müraciətinə cavab məktubunda bildirilir. 

Məlumata görə, "F Telekom” tənzimləyici qurumdan icazə almadan "Bakcell"lə birlkdə "Gizli rəqəm” adlı stimullaşdırıcı lotereya keçirib. MBNP-nin məsələyə müdaxiləsindən sonra lotereya dayandırılıb və Nərimanov Rayon Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qərarı ilə "F Telekom” İnzibati Xətalar Məcəlləsinin 429.3-cü maddəsi ilə təqsirli bilinib və 8 min manat cərimə edilib.

Qeyd edək ki, vətəndaş MBNP-yə bu il oktyabrın 17-də müraciət edib və son 4 ay ərzində mobil hesabından 16 manat çıxıldığı barədə şikayət edib. Amma qanunsuz lotereya barədə Palatanın əməkdaşları əvvəlcədən məlumatlı olub və sentyabrın 17-də məhkəməyə müraciət edib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı