Çili Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib - XİN-də görüş

img

17-12-2018 [18:03]


 Çili Azərbaycana yeni müvəqqəti işlər vəkili təyin edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, nazirliyin Dövlət Protokolu idarəsinin rəisi, səfir Pərvin Mirzəzadə Çilinin Azərbaycana yeni təyin olunan müvəqqəti işlər vəkili Qabriel Xara ilə görüşüb. 

P.Mirzəzadə Q.Xaraya Azərbaycanda diplomatik fəaliyyəti dövründə uğurlar arzu edib. Çilinin Azərbaycanda səfirliyinin fəaliyyətə başladığını qeyd edən diplomat iki ölkə arasında əməkdaşlığın inkişafı naminə səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Azərbaycan və Çili arasında münasibətlərin inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı