Nazirlikdən qanunsuz ov əti alan restoranlara - Xəbərdarlıq

img

17-12-2018 [17:13]


Ekologiya və Təbii Sərvətlər Nazirliyi qanunsuz ov ətlərinin qəbulu ilə bağlı restoranlara ciddi xəbərdarlıq edib.

Mia.az xəbər verir ki, bunu özəl olaraq Trend-ə Nazirliyin Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Departament rəhbəri bildirib ki, ölkə ərazisində qanunsuz ov edilməsi sonda həmin heyvanın ətinin hansısa restoranlara satılması ilə nəticələnir: 

"Çünki bu gün Azərbaycanda əhalinin sosial rifahı o qədər aşağı deyil ki, kimsə həyatını təmin etmək üçün qadağan olunmuş heyvanları ovlasın. Əksər hallarda "Qırmızı kitab"a düşən nadir heyvanları ona görə ovlayırlar ki, restoranlara təhvil versinlər. Buna görə də biz artıq restoranlara xəbərdarlıq edirik və onları ov heyvanlarının ətlərini almamağa çağırırıq. Dünən biz maralın qanunsuz ovlanması ilə bağlı məlumat yaymışdıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına da məlumat vermişik və artıq şübhəli şəxslər də müəyyən edilib, onların saxlanılması ilə bağlı təbdirlər görülür. Həmin şəxslər azadlıqdan məhrum ediləcək və ya külli miqdarda cərimə ediləcək. Qanunvericiliyə görə, həmin şəxsləri 2 il müddətinə həbs gözləyir. Kiçik bir gəlirə görə həmin şəxslər həbs ediləcək".

H.Əlizadə deyib ki, bu cür hallar həmçinin restoran müştərilərinin də həyatını təhlükəyə atır: 

"Çünki həmin ov heyvanları baytar nəzarətindən keçirilmədən restoranlara verilir. Həmin heyvanlarda müxtəlif xəstəliklərvola bilər və o ətlər yoxlanılmadan müştərilərə verilir. Bu da insanların həyatını risk qarşısında qoyur. Çünki təbiaətdə olan heyvan hansısa bir xəstəliyin daşıyıcısı ola bilər".

Departament rəhbəri bildirib ki, Ekologiya və Təbii Sərvərlər Nazirliyi bu cür halların qarşısını almaq üçün bütün lazımi tədbirləri həyata keçirəcək ki, həmin restoranlar bu cür ov ətlərini almasın: 

"Bu prosesdə ən yüksək cərimələr tətbiq ediləcək və hətta ov əti alan restoranların fəaliyyətinin şübhə altına alnması ilə bağlı tədbirlər görüləcək. Eyni zamanda həmin restoranlar və qanunsuz ov edənlər ictimaiyyət üçün böyük bir qınaq obyektinə çevriləcək. Bunun üçün kütləvi informasiya vasitələrinin də köməyinə ehtiyacımız var. Ola bilər ki, ov əti verən restoranlarda monitorinqlər də keçirilsin".




Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq