"Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür" - Deputat

img

17-12-2018 [17:46]


"Dil normalarının pozulmasının qarşısını almaq üçün monitorinqlər getdikcə daha da artırılmalıdır".

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor, deputat Nizami Cəfərov "Azərbaycanın media məkanında ədəbi dilin qrammatikasına dəstək" lahiyəsi çərçivəsində keçirilən "Azərbaycanın media məkanında ədəbi dilin qorunması: problemlər və perspektivlər" mövzusunda konfransda deyib.

O bildirib ki, aparılan monitorinqlərin nəticəsində dil normalarının düzgün işlənməsinə diqqətin artdığı, səhvlərin azaldığı göz qabağındadır: "Bu gün dillə bağlı ən böyük narahatlıq mətbuatdadır".

N.Cəfərovun sözlərinə görə, Azərbaycan mətbuatında üslub axtarışı getmir, publisistik üslub çökür: "Mətbuatımızda fərdi üslub yoxdur, yaranmır".

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq