42 Azərbaycan vətəndaşına Gürcüstana giriş qadağan edilib - DİN açıqlama yaydı

img

17-12-2018 [16:53]


 Bu ilin noyabr ayında 1151 xarici vətəndaşa Gürcüstana giriş qadağan olunub.

Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin statistik hesabatında bildirilib.

Ötən ay ən çox İran vətəndaşlarının (434 nəfər) Gürcüstana girişi qadağan edilib. Daha sonra Hindistan (370 nəfər) və Türkiyə (46 nəfər) vətəndaşları gəlir.

Noyabr ayında Gürcüstana girişinə qadağa qoyulan Azərbaycan vətəndaşlarının sayı 42 nəfər təşkil edib.

Hesabat ayında 44 Rusiya, 43 Özbəkistan, 33 Türkmənistan, 30 Pakistan vətəndaşı Gürcüstana buraxılmayıb. Qonşu ölkəyə girişə qadağa qoyulan Ermənistan vətəndaşlarının sayı isə 14 nəfər təşkil edib/Report. 

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı