"Bunu cənab nazir, dövlət bilər" - Hacı Mazan rəis oğlunun aqibətindən danışdı

img

17-12-2018 [16:20]


"Hacı Mazan” kimi tanınan iş adamı Ramazan Zeynalov oğlu Bayram Zeynalovun Sumqayıt şəhər Dövlət Yol Polisi Şöbəsinin rəisi vəzifəsindən azad edildiyini təsdiqləyib.

Ramazan Zeynalov BakuPost-a açıqlamasında daxili işlər naziri Ramil Usubovun əmri ilə oğlunun işdən azad edilməsində qəribə heç nə olmadığını bildirib.

İş adamı vəzifəsindən azad edilən B. Zeynalov barədə cinayət işi açıldığı barədə xəbərləri isə təkzib edib: "Elə bir şey yoxdur. Cinayət işi açılsa da, bunu cənab nazir, dövlət bilər”.

Hazırda şəkər xəstəliyindən müalicə olunduğunu söyləyən Hacı Mazan mətbuatla təmasdan uzaq durmağa çalışdığını da vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR