warez script warez forum sanal santral orkide hacklink al shell indir mavi orkide PHP Scriptler Ataşehir Kuaförü Ataşehir kadın kuaförü apk indir
Şriftin ölçüsü / 1118 dəfə oxunub

"Neft və qazın qiymətləri ciddi surətdə düşəcək, diktator rejimlər..." - Sabiq nazir yazır

16 Dekabr 2018 [12:35]
Saleh MƏMMƏDOV,

Sabiq Maliyyə naziri

***

ABŞ rəsmilərinin verdikləri məlumata görə, Delavar Hovuzunda ABŞ-ın yeni çox böyük neft və qaz yataqları aşkarlanıb. 

"Amerikanın səsi"nin verdiyi məlumata əsasən, aşağıda qeyd edəcəyimiz 3 amil bu xalqın nə qədər dəqiq siyasət strategiyasına sahib olduqlarını sübut edir:

1. "Delaware Basin" adlanan məkanda 46.3 milyard barrel neft və 8 trilyon kub metr qaz və 20 milyard barrel təbii maye qazı tapılıb".

2. "Az qala bir günün içərisində Amerikanın məlum enerji resurslarının həcmi ikiqat artıb".

3. "İndiyədək bəzən büdcə çatışmazlıqları ilə üzləşən Nyu-Meksiko ştatının rəsmiləri hazırda xəzinəyə axacaq pulun təhsilə və ictimai infrastruktura investisiya variantlarını nəzərdən keçirirlər".

Və üç hədəf:

1. Vaxtı ilə neft resurslarının tükənə biləcəyi səbəbindən ABŞ yataqların çoxunu dondurduğu halda, indi siyasəti tam dəyişərək nə resurs varsa, aşkarlayıb tez bir zamanda həmin resursları realizə etmək istəyir. Neft erası bitir, ABŞ, həm başqa planetlərin zəngin resurslarını, həm də alternativ enerji mənbəələrini hərəkətə gətirməklə enerji rəqabətinin tək lideri olmaq fikirindədir.

2. Həmin rezervlər tamamilə təhsilə, elmə investisiya olunaraq ölkənin iqtisadi potensialını bir neçə qat artırılır. Bill Qeytsin verdiyi məlumatlara görə, son dövrlər elmi investisiyalar yalnız 1:100-1000 dəfə səmərə verən layihələrə yönəldilir.

3.   Bu bazarda siyasət hegemonluğu ABŞ-ın əlinə keçir.  Neft və qazın qiymətləri ciddi surətdə düşəcək. Bununla neft resursları hesabına varlanan və dünya təhlükəsizliyini təhdid edən bir çox diktator rejimlərini çökdürmək planı açıq- aşkar dövriyyəyə gətirilir.

Təəssüflə bildirmək istəyirəm ki, bizim ölkəmiz üçün bu siyasət ilk nəzərdə yaxşı bir şey vermir, hətta zəruri tədbirlər görülməsə, çox ağır nəticələrə gətirib çıxaracaq. Amma həmin şəraitə uyğun düzgün strategiya seçilərsə, gələcək üçün "qara narkotik"dən tam azad olma, ölkə iqtisadiyyatını tam bu xəstəlikdən xilasetmə şansı və ölkəni çox ciddi surətdə inkişaf etdirmək şansı yaradır. 

Bunun üçün iqtisadi strategiya tam dəyişdirilməli, resurs bazalı siyasətdən elmi strategiyalı siyasətə keçilməlidir, köklü çevik radikal islahatlar həyata keçirmək lazımdı.

Mia.az


Digər Xəbərlər

SON XƏBƏRLƏR
13:41 26.03.2019
17 dərəcə isti olacaq