Ərdoğan ordunun Menbicə girəcəyini bəyan etdi: "Bir gün gecikə bilmərik"

img

14-12-2018 [13:44]


"Terrorçu PKK/YPG-PYD qruplaşmasının Fəratın şərqindən, hətta qərbi olan Menbic bölgəsindın çıxarmaqda qərarlıyıq. Daha bir gün belə gecikə bilmərik"

Mia.az bildirir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşəkilatının ali məhkəmə hakimlərinin konfransında bildirib.

O bildirib ki, əks halda qarşıda Türkiyəni nələri gözlədiyini təxmin etmək mümkün deyil. 

Prezident ABŞ-a eyham vuraraq, son xəbərdarlığını edib:

"Ya terrorçuları oradan çıxaracaqlar, ya da biz gərəkli addımı atacağıq. Yox, çıxara bilmirlərsə, o zaman biz həmin terrorçuları yox edəcəyik".

Digər xəbərlər
SON XƏBƏRLƏR