Hacıqabulda maşın aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

img

11-12-2018 [22:07]


Hacıqabul rayonunun Udulu qəsəbəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Salyan rayonunun 1991-ci il təvəllüdlü Qaraçala kənd sakini Əliyev İsgəndər Məzahim oğlunun idarə etdiyi "VAZ- 21074” markalı "10-OF-694" dövlət qeydiyyat nişanlı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə srücü və avtomobildə olan ailənin digər üzvləri - 1964-cü il təvəllüdlü Əliyev Səməd Bağı oğlu, 1990-cı il təvəllüdlü Əliyeva Süsən Məzahimqızı və 1991-ci il təvəllüdlü Əliyeva Hüsniyyə Balahəsən qızı müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Hacıqabul rayon Polis şöbəsi tərəfindən araşdırma aparılır/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub