11-12-2018 [15:00]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıtda idmançının ölümünə səbəb olan Əhəd İsmayılov və onun oğlu Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mia.az "Report"a istinadən xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.
Elan olunmuş ittiham üzrə Ə.İsmayılov özünü təqsirli bilmədiyini, oğlu R.İsmayılov isə qismən təqsirli bildiyini söyləyib.
Daha sonra R.İsmayılov sərbəst ifadə verib. O deyib ki, hadisədən əvvəl "PES" klubda mərhum Rasif Həbibovla mübahisə edib: "Mən uşaqlarla klubda "playstation" oynayırdım. Telefonum isə "zaryatka"da idi. Bu zaman Rasif kluba daxil olub, mənim telefonumun "adaptır"ını çıxarıb, öz telefonunu "zaryatka"ya qoydu. Ondan səbəbini soruşanda başıma sillə ilə vurub, yaxşı etdiyini söylədi. Sonra Rasif məni söyüb, döydü. Bizi oradakı uşaqlar ayırdı, ağlayıb evə getdim. Atam evdə yatmışdı. Onu yuxudan oyadıb, Rasifin məni təhqir edib, döydüyünü bildirdim. Atama deməyimin səbəbi isə bizi barışdırmaq idi. Çünkü Rasiflə atamın və qardaşımın münasibətləri daha əvvəl yaxşı olub. Sonra atamla birlikdə Rasiflə görüşməyə getdik".
Təqsirləndirilən şəxsin sözlərinə görə, "Yaşıl çay evi"ndə dostları ilə birgə olan R.Həbibova avtomobilə minməsini təklif ediblər: "Rasifin yanında bir neçə şəxs var idi. Atam Rasifə dedi ki, maşına minsin, onunla söhbət edəcək. Bu zaman onun dostu Samir də avtomobilə mindi. Samiri aravuran adam kimi tanıyırdım. Onun maşına minməsini istəmirdim. Lakin Samir zorla maşına mindi. Yolda atam Rasifdən məni nəyə görə döydüyünü soruşdu. Bu zaman Samir dilləndi ki, "Ramil uşaqlıq edib". Hər dəfə atam Rasifə sual verdikcə, Samir özünü ortaya atırdı. Sonra avtomobili kənara çəkib, yerə düşdük. Yerə düşən kimi Samir məni yumruqla vurdu, Rasif isə atamı döyməyə başladı. Mən həmin zaman şokda idim. Yerdən qalxıb, tez maşından bıçağı götürdüm. Fikrim onları qorxutmaq idi. Bıçağı onlar tərəfə uzatdım, sonra hər iki şəxs bizdən uzaqlaşdı. Biz də maşına minib evə gəldik".
R.İsmayılov bildirib ki, bıçağı hadisədən sonra dənizə atıb.
Sualları cavablandıran təqsirləndirilən şəxs peşman olduğunu söyləyib.
Qeyd edək ki, hadisə ötən il Sumqayıt şəhərin 21-ci məhəlləsində baş verib. Dava zamanı Sumqayıt şəhər sakini olan iki nəfər - 1992-ci il təvəllüdlü Həbibov Rasif Asif oğlu və 1988-ci il təvəllüdlü Dadaşov Samir Tahir oğlu bıçaqlanıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Lakin 4 gündən sonra R.Həbibov xəstəxanada dünyasını dəyişib.
Hüquq-mühafizə orqanların əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən ata-oğul Ramil və Əhəd İsmayılovlar saxlanılıb.
Hadisədə iştirak edən şəxslər qonşu olublar. Hadisə söyüş üstündə olub.
Faktla bağlı Sumqayıt Prokurorluğundan Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.
Onu da qeyd edək ki, R.Həbibov idmançı olub.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"