“Foreign Policy”: "Gürcüstan hökuməti ABŞ səfirinin təyinatını əngəlləyir"

img

11-12-2018 [14:37]


Gürcüstan hökuməti ABŞ-ın adlı-sanlı diplomatlarından Bricit Brinkin bu ölkədə səfir təyinatına qarşı çıxır.

Bu barədə "Foreign Policy” nəşri mənbələrə istinadən yazıb.

Bildirilib ki, Gürcüstan hokumətinin bəzi üzvləri B.Brinkin qərbyönümlü sabiq Prezident Mixeil Saakaşviliyə həddən artıq rəğbətcil olması qənaətindədirlər. Yazı müəllifi bu qərarın arxasında iqtidardakı "Gürcüstanın xəyalı” Partiyasının rəhbəri Bidzina İvanişvilinin durduğunu güman edir.

Gürcüstan xarici işlər nazirinin müavini Xatuna Totladze isə həmin yazıdakı məlumatın həqiqəti əks etmədiyini bildirib.

Qeyd edək ki, müxtəlif diplomatik vəzifələrdə 20 ildən artıq iş stajına malik B.Brink uzun müddət Gürcüstandakı səfirlikdə çalışıb, 2011-2014-cü illərdə səfir müavini olub. 2015-ci ildən indiyədək ABŞ dövlət katibinin Avropa və Avrasiya işlərinə dair köməkçisinin müavinidir/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR