11-12-2018 [12:18]
"Bakının bir sıra kitab mağazalarında Rusiyada nərş olunan atlaslar satılır. Həmin atlaslarda Krım Rusiya ərazisi kimi göstərilib. Və ya Bakının bir sıra brend supermarketlərində Rusiyada istehsal olunan dondurmalar satılır. Dondurmanın üzərində istehsalçının adı belə göstərilib: "Krım Respublikası, Rusiya”. Belə siqnallar çoxdur".
Mia.az xəbər verir ki, bu barədə tanınmış politoloq Elxan Şahinoğlu bildirib.
Ekspert hesab edir ki, ya bizim bəzi biznesmenlər Rusiyadan mal gətirərkən, istehsalçıya diqqət yetirmirlər, ya da ki, bu işlə kimlərsə məqsədyönlü şəkildə məşğul olur: "Əgər ikincidrsə, bunu edənlərin məqsədi Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmaqdır. Ancaq bu fəaliyyətin bizim üçün başqa zərəri də var. Azərbaycanda Krımı Rusiya ərazisi kimi göstərən malların satışı bizim beynəlxalq müstəvidə Qarabağ separatçılarına qarşı mübarizəmizi zəiflədir. Yəni kimlərsə bilərəkdən Azərbaycanda Krım malları satırsa, bununla Azərbaycanın dövlət və milli təhlükəsizlik maraqlarına zərbə vururlar. Əgər biz hamıdan öz ölkələrində separatçı Qarabağda istehsal olunan malların satışını qadağan etməyi tələb ediriksə və bununla mübarizə aparırıqsa, necə olur ki, özümüzdə oxşar hadisə baş verir?"
Elxan Şahinoğlu daha sonra qeyd edib ki, onda olan məlumata görə, Ukraynanın Azərbaycandakı səfirliyi Bakı dükanlarında bu kimi hallarla rastlaşanda və bu haqda Azərbaycanın müvafiq instansiyalarına məlumat verdikdə heç də hər zaman dərhal lazımi tədbirlər görülmür: "Bəzi kitab dükanlarında Krımı Rusiya ərazisi kimi göstərən atlaslara, supermarketlərimizdə isə Krım istehsalı olan dondurmalara bu gün də rast gəlmək olar.
Krım mallarının Azərbaycanda satışı barədə müvafiq instansiyalarımıza məlumat verildikdə bəziləri məsələyə ciddi yanaşır və tədbir görürlər, ancaq elələri də var ki, Krım mallarının Azərbaycanda satışına göz yumurlar, reaksiya vermirlər, sanki belə də olmalıymış. Niyə belə etdiklərini anlamaqda çətinlik çəkirəm. Halbuki, anlamalıdırlar ki, belə etməklə Azərbaycanın maraqlarına zərbə vururlar. Sabah Kiyevdə Dağlıq Qarabağa məxsus mallar satışıa çıxarılsa və etirazımız eşidilmədikdə nə edəcəyik?"-deyə ekspert sual edir.
Politoloq Azərbaycan prezidentinin baş verənlərdən xəbərsiz olduğunu düşünür: "2016-cı ilin iyul ayında Ukrayna prezidenti Pyotr Poroşenko Bakıda olarkən separatçılığa qarşı birgə mübarizə mövzusu müzakirə olunmuşdu. Azərbaycan prezidenti təklif etmişdi ki, separatçılığın yayılmasına qarşı birgə mübarizə aparılsın və separatçıların təxribatlarının qarşısı alınsın:
"Ancaq görünür, indi kimlərsə Azərbaycan prezidentinin bu təlimatını yerinə yetirmir və faktiki separatçıların maraqlarına xidmət edirlər. Azərbaycanda Krım mallarının satışına şərait yaratmaq Rusiyanın Krımın ilhaqına haqq qazandırmaq deməkdir. Bunun isə Ermənistanın Azərbaycan torpaqlarının işğalına haqq qazandırmaqdan fərqi yoxdur".
Ekspert xatırladır ki, Ermənistan gizli yollarla Dağlıq Qarabağ məhsullarını müxtəlif ölkələrdə satışa çıxarır: "Ötən həftə Qarabağ malları Serbiyada aşkar olundu. Belqrad hava limanındakı "Duty Free” mağazasında "Artsakh” brendi ilə şərab, konyak, araq və digər spirtli içki məhsulları satılırdı. Bu məhsullar "Armenian Flavours” adlı ayrıca guşədə satışa çıxarılmışdı. Azərbaycanın Serbiyadakı səfirliyi rəsmi Belqrada müraciət edib. Bundan sonra həmin mallar satışdan çıxarılıb. Azərbaycan başqa dövlətlərdə bu kimi hallarla mübarizə aparır".
Elxan Şahinoğlu müvafiq dövlət qurumlarını Azərbaycanın milli mənafelərinə zərbə vuran şəxslərlə bağlı araşdırma aparmağa çağırır.
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib