ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum Keçmiş deputatın oğluna açılan cinayət işi... - Məhkəmə nazirliyin iddiasını rədd etdi - mia.az
Şriftin ölçüsü / 373 dəfə oxunub

Keçmiş deputatın oğluna açılan cinayət işi... - Məhkəmə nazirliyin iddiasını rədd etdi

08 Dekabr 2018 [12:06]
Keçmiş deputat, "Şəki” restoranının sahibi Fərhad Qəribovun oğluna cinayət işi açılıb.

Mia.az "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, ata Qəribovun biznesini idarə edən 4 oğlundan biri, Rəşad Qəribov Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə ittiham olunub. Onun barəsindəki cinayət işi Vergilər Nazirliyinin araşdırması əsasında başlanılıb.

Bir neçə ay əvvəl istintaq yekunlaşaraq Nərimanov Rayon Məhkəməsinə göndərilib. Burada məhkəmə istintaqı zamanı R.Qəribov barəsindəki cinayət təqibinə xitam verilib.

Bu iş üzrə mülki iddiaçı kimi tanınmış Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamenti qərardan narazı qalıb və apellyasiya şikayəti verib. Nazirlik R.Qəribovun dövlət büdcəsinə ödəməkdən yayındırdığı iddia etdiyi pulun ödənilməsini tələb edib. Bakı Apellyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov isə nazirliyin şikayətini təmin etməyib və qərarı qüvvədə saxlayıb.

Vergilər Nazirliyi bu dəfə daha yuxarı instansiyaya müraciət edib. Ali Məhkəmə dekabrın 5-də işə baxıb. Cinayət Kollegiyasının hakimi Tahir Kazımov da nazirliyə "yox” deyərək kassasiya şikayətini təmin etməyib.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide hack forum
SON XƏBƏRLƏR