Koçaryan yenidən həbs olundu - “Kentron” həbsxanasında saxlanılır

img

08-12-2018 [10:57]


 "Ermənistanın keçmiş prezidenti Robert Koçaryan məhkəmənin qərarı ilə həbs edilib və Yerevandakı "Kentron” həbsxanasında saxlanılır".

"Report” xəbər verir ki, bunu ölkənin milli təhlükəsizlik xidmətinin direktoru Artur Vanetsyan "Azadlıq” radiosunun erməni dilində olan redaksiyasına bildirib.

Qeyd edək ki, R.Koçaryan konstitusiya quruluşunu dəyişmək üçün başqa şəxslərlə qabaqcadan əlbir olmaqda ittiham olunur. İyulun 28-də Yerevan məhkəməsi 2008-ci ilin mart hadisələrində törədilən cinayətə görə onun barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilməsinə dair qərar qəbul etmişdi.

Digər xəbərlər
SON XƏBƏRLƏR