Şriftin ölçüsü / 158 dəfə oxunub

"Neft hasilatını azaldılmasını müzakirə edəcəyik" - Rusiyalı nazir

07 Dekabr 2018 [18:01]
"Rusiya neft hasilatının azaldılmasını müzakirə edəcək".

"Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə bu ölkənin energetika naziri Aleksandr Novak Vyanada jurnalistlərə bildirib.

"Rusiya hasilatı azaltmağı müzakirə etməyə hazırdırmı" sualına nazir "danışıqlar aparacağıq” cavabını verib.

"Reuters” agentliyinin məlumatına görə, Rusiya gündəlik hasilatı 200 min barel azaltmağa razı ola bilər.

Qeyd edək ki, OPEC+ sazişinə qoşulan ölkələr dekabrın 5-dən gələn il üçün hasilatın azaldılması imkanlarını müzakirə edirlər.

Bu gün yeni sazişin imzalanması gözlənilir.


SON XƏBƏRLƏR
11:32 22.02.2019
Riad Rəfiyev sədr oldu