Şriftin ölçüsü / 128 dəfə oxunub

Azərbaycan və Aİ arasında yeni saziş üzrə danışıqlar... - Növbəti görüşün vaxtı bəlli oldu

07 Dekabr 2018 [17:15]
 Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi gələn ilin yanvar ayında Brüsseldə keçiriləcək.

Bu barədə jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas bildirib.

Dekabrın 4-6-da Bakıda keçirilən Azərbaycanla Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsini şərh edən səfir qeyd edib ki, danışıqlar məhsuldar olub, bu gün də danışıqlar çərçivəsində sektoral məsələlər üzrə videokonfrans keçirilib.

Səfir vurğulayıb ki, Bakıya gələn Avropa İttifaqının nümayəndə heyəti geniş olub və bu, Aİ-nin Azərbaycanla saziş bağlamaq niyyətinin ciddiliyini göstərir/Report.


SON XƏBƏRLƏR
11:32 22.02.2019
Riad Rəfiyev sədr oldu