ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide “Atəş dayanmamalıdır” – Deputatdan çağırış - mia.az
Şriftin ölçüsü / 195 dəfə oxunub

“Atəş dayanmamalıdır” – Deputatdan çağırış

07 Dekabr 2018 [12:55]
"Bu yaxınlarda Azərbaycan və Ermənistan xarici işlər nazirləri ATƏT-in Minsk qrupu ilə birlikdə bəyanat qəbul etdilər. Ermənistan ATƏT-in Minsk qrupu tərəfindən sakitçilik bəyanatı istəyirdi ki, biz tezliklə məsələləri həll etmək üçün söz verək və onlar da öz işlərini davam etdirsinlər. İrəvanda "Lazerev klubu”nun məlum toplantısı zamanı ATƏT-in Minsk qrupunda bir vaxtlar Rusiyanı təmsil edən Vladimir Kazimirov çıxış etdi. Onlar institutlaşmış şəkildə Azərbaycana qarşı mövqelər sərgiləyirlər”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat Fərəc Quliyev deyib.

Deputat bildirib ki, bizim atəşkəş barədə fərqli mövqeyimiz olmalıdır.

"Biz hansı atəşkəsdən danışmalıyıq? Bizim ərazilərimiz işğal olunub. Biz o zaman atəşkəs elan etməliyik ki, düşmən tərəf sərhədlərinə çəkilsin və o zaman biz düşmən tərəfə atəş açmamaqla bağlı öhdəlik götürə bilərik. Biz indi atəş açmalıyıq. Hesab edirəm ki, əslində atəş dayanmamalıdır.

Biz o vaxt atəşkəslə bağlı razılaşmaya çatmışdıq ki, müəyyən dövr ərzində ATƏT-in Minsk qrupu və digər orqanlar işlər görsünlər. Qarabağda erməni təyyarələri hərbi əməliyyatlar keçirirdilər. Bizim Müdafiə Nazirliyi tərəfindən də bəyanat verildi ki, təmas xəttində təhlükə törədərlərsə və ya keçərlərsə onları vuracağıq. Başa düşmürəm ki, bizim sərhəd xəttimiz təmas xəttidir?”.

F.Quliyev deyib ki, Azərbaycan sərhədini keçən düşmən tərəfin vasitələri vurulmalıdır. "Ona görə hesab edirəm ki, işğal olunmuş ərazilərimizlə bağlı fərqli mövqe ortaya qoymalıyıq”.
modern.az


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR