ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn bütün komandalar bəlli olub - TƏQVİM - mia.az
Şriftin ölçüsü / 92 dəfə oxunub

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yüksələn bütün komandalar bəlli olub - TƏQVİM

06 Dekabr 2018 [19:11]
Futbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsi başa çatıb.

Mia.az "Report"a istinadən xəbər verir ki, axırıncı matçda ölkə kubokunun son qalibi "Keşlə" I Divizion klubu "Şüvəlan"la üz-üzə gəlib.

 Görüş Premyer Liqa təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komanda bu nəticədən sonra 1/4 finala yüksəlib. 

Qeyd edək ki, 1/8 finalın ilk oyunlarında "Sabah” "Ağsu”ya (3:0), "Səbail” "Kəpəz”ə (4:0), "Sumqayıt” isə "Qaradağ Lökbatan”a (4:0) qalib gəlib.

Beləliklə, 1/4 final mərhələsində aşağıdakı qarşılaşmalar baş tutacaq:

15-19 dekabr

"Neftçi” – "Sumqayıt”

"Zirə” – "Səbail”

16-20 dekabr

"Qəbələ” – "Sabah”

"Qarabağ” – "Keşlə”

Azərbaycan Kuboku 1/8 final

6 dekabr

13:30. "Ağsu” – "Sabah” - 0:3

Qollar: Bəxtiyar Soltanov, 6. Vitali Kvaşuk, 26. Emil Qasımov, 75

Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Müslüm Əliyev, İnqilab Məmmədov

Hakim-inspektor: Munis Abdullayev

AFFA nümayəndəsi: Sabir Mütəllimov

Ağsu şəhər stadionu

13:30. "Kəpəz” – "Səbail” - 0:4

Qollar: Tome Kitanovski, 11. Aqşin Qurbanlı, 41. Orxan Qurbanlı, 62. Ağabala Ramazanov, 77

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elxan Əsgərzadə, Rəşad Əhmədov

Hakim-inspektor: Azad Mütəllimov

AFFA nümayəndəsi: Ələddin Ələkbərov

Gəncə şəhər stadionu

13:30. "Qaradağ Lökbatan” – "Sumqayıt” - 0:4

Qollar: Nicat Qurbanov, 14. Süleyman Əhmədov, 29. Ülvi İsgəndərov, 69. 86

Hakimlər: Alik Yunusov, Mübariz Haşımov, Pərvin Talıbov, Vüqar Həsənli

Hakim-inspektor: Ramiz Əsədov

AFFA nümayəndəsi: İlham Əliyev

Lökbatan Olimpiya İdman Kompleksinin stadionu

17:00. "Şüvəlan” – "Keşlə” - 0:3 

Qollar: Əzəmət Ələkbərli, 47. Vaqif Cavadov, 50. Andre Klennon, 85 

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Eyyub İbrahimov, Nicat İsmayıllı

Hakim-inspektor: Ceyhun Haşımov

AFFA nümayəndəsi: Mahal Məmmədov

"AZAL Arena”


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR