İlham Əliyev Putinlə görüşdü - FOTOLAR

img

06-12-2018 [23:27]


Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Rusiyaya işgüzar səfərə gəlib.

Mia.az Azərtac-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşündə iştirak etmək üçün Prezident Kitabxanasına gedib.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb.

Prezidentlər birgə foto çəkdiriblər.

Sonra MDB dövlət başçıları birgə foto çəkdirib.

Daha sonra MDB dövlət başçılarının qeyri-rəsmi zirvə görüşü keçirilib.

Görüşdən sonra MDB dövlət başçılarının qeyri-rəsmi naharı olub.

Dövlət başçıları Sankt-Peterburq Dövlət Akademik Mariinski Teatrında Pyotr Çaykovskinin "Şelkunçik” baletinə baxıblar.


Digər xəbərlər
SON XƏBƏRLƏR