"Nizamlama prosesində sıçrayış etməliyik" - Məmmədyarov erməni nazirlə görüşündən danışdı

img

06-12-2018 [16:46]


"Dünən Milanda ATƏT-in Minsk qrupunun həmsədrləri və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyanla görüşlərim baş tutub. Çox intensiv məsləhətləşmələr oldu, çox mühüm fikir mübadiləsi aparıldı. Bu görüşləri çox faydalı hesab edirəm".

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Milanda ATƏT ölkələrinin Xarici İşlər Nazirləri Şurasının illik iclasında deyib.

XİN başçısının sözlərinə görə, uzun illər ərzində ilk dəfə tərəflər görüşün yekunlarına dair bəyanatın mətni ilə bağlı razılaşa biliblər.

"Regionda sülh və rifahın yaradılması üzrə imkanları artırmaq üçün gələn il nizamlama prosesində sıçrayış etməliyik", - deyə E.Məmmədyarov əlavə edib/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR