“Samir Şərifov xalqın yox, öz cibindəkilərə uyğun fikirləşir” - İttiham

img

06-12-2018 [14:59]


"Mən dəfələrlə demişəm ki, hazırkı hakim komanda ölkənin birinci şəxsinin əleyhinə işləyir. Bütün təxribatçı addımları da bunu sübut edir”.

Bu fikirləri Mia.az-a Maliyyə naziri Samir Şərifovun manatla bağlı son açıqlamasına münasibət bildirərkən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev səsləndirib. O bildirib ki, ölkə rəhbərinə qarşı iş aparan komandanın başında maliyyə naziri Samir Şərifov dayanır:

"Bu adam hər şeyi öz arşını ilə ölçür. Necə yəni, manatı möhkəmlənməsi səmərəli deyil? Milli valyutanın zəifləməsi kimə lazımdır? Bu adamlar belə hərəkərlərlə nə etmək istəyir? Səbəb bəllidir. Onlar istəyirlər ki, narazılıq böyüsün, Prezidentə qarşı təzyiq olsun. Görün, iş nə yerdədir ki, Samir Şərifov müəyyən yerlərdə deyir ki, əgər mən prezident olsaydım, filan işi filan edərdim. Yəni, bu adam özünü artıq prezident kürsüsünə layiq bilir. Deyəsən, Fərhad Əliyevin yolu ilə getmək istəyir. Deməli, artıq özü barədə çox yüksək fikirdəddir. Ona görə Samir Şərifov xalqın yox, öz cibindəkilərə uyğun fikirləşir. O nə bilir ki, sadə xalq hansı əziyyətlərlə yaşayır”.
2017-03-14-14-36-11hafiz-haci.jpg (348×264)
Partiya sədri onu da deyib ki, hökumət üzvləri qarşıda baş verəcək növbəti böhrana xalqı hazırlamaq üçün belə fikirlər səsləndirirlər. Onun sözlərinə görə, hazırda elə bir situasiya yaranıb ki, ölkəbu bu vəziyyətdən qurtarmaq çətin olacaq.

"Hesab edirəm ki, cənab Prezident çox ciddi addımlar atmalıdır. Vaxtiylə deyirdim ki, Rüfət Aslanlı milyonları talan edir, məni topa tuturdular. İndi də deyirəm ki. Samir Şərifov həmin əməlin sahibir. Görəcəksiniz, işdən çıxarılan kimi milyonluq sərvəti üzə çıxacaq. Amma qətiyyən arxayın olmasınlar. Biz imkan vermərik ki, Samir Şərifov və onun kimi digər məmurlar ölkə başçısına qarşı planlar cızsınlar. Biz bütün gücümüzü səfərbər edib onlara qarşı mübarizə aparacağıq”.



Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub