"Bu raket sisteminin Rusiyadan almaq üçün danışıqlar aparmamışıq" - Azərbaycan Müdafiə Nazirliyi

img

06-12-2018 [10:47]


"Bal-E" raket sistemlərinin alınması məqsədilə danışıqlar aparmamışıq və kompleksin əldə edilməsi niyyətimiz də olmayıb".

Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

Nazirlik son günlər müxtəlif kütləvi informasiyalarda vasitələrində "Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Bakıya satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatları təkzib edib.

"Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin olunması məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir”, - məlumatda qeyd olunub/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR