ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Jurnalistin silahlı hədələnməsi ilə bağlı Baş prokurora və Ukrayna səfirinə müraciət - mia.az
Şriftin ölçüsü / 90 dəfə oxunub

Jurnalistin silahlı hədələnməsi ilə bağlı Baş prokurora və Ukrayna səfirinə müraciət

05 Dekabr 2018 [17:09]
Azərbaycan Mətbuat Şurası "Report” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər tərəfindən izlənilməsi ilə bağlı Azərbaycan Respublikasının baş prokuroru Zakir Qaralova və Ukraynanın Azərbaycandakı Səfirliyinə məktub ünvanlayıb.

Məktubda bildirilir ki, agentliyin əməkdaşı Mübariz Aslanov 2018-ci il noyabrın 20-də Ukraynanın paytaxtı Kiyevdə naməlum şəxslər tərəfindən izlənilib, silahlı hədəyə məruz qalıb, jurnalistin fotosu çəkilib:

"İnformasiya agentliyinin əməkdaşı bununla bağlı Ukrayna polisinin "102” xidmətinə və Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Azərbaycanın Ukraynadakı Səfirliyində olan nümayəndəsinə rəsmi məlumat verib. Müraciətdə jurnalist M.Aslanovun növbəti günlərdə də izlənildiyi, naməlum şəxs təfindən şəklinin çəkildiyi bildirilib. Sənəddə qeyd olunanlarla bağlı Azərbaycan diasporunun hüquqi və təşkilati dəstəyi ilə Kiyev şəhər Peçerskiy Rayon Polisinə müraciət olunduğu, Polis tərəfindən Ukrayna Cinayət Məcəlləsinin 129-cu (ölümlə hədələnmə) maddəsi ilə cinayət işinin başlanıldığı vurğulanıb".

Hazırda həmin şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat tədbirlərinin davam etdirildiyinin xatırladıldığı müraciətdə həmçinin "Report” İnformasiya Agentliyinin əməkdaşı M.Aslanovun uzun müddətdir Ukraynada bu ölkənin ictimai-siyasi həyatı və Azərbaycan diasporu barədə diqqət çəkən materiallarla çıxış etdiyi, indiyədək belə xoşagəlməz halla üzləşmədiyi bildirilib.

Müraciətdə eyni zamanda Azərbaycan Respublikasının Baş Prokurorluğunun, həm də Urkaynanın Azərbaycandakı Səfirliyinin məsələyə həssas yanaşacağına, jurnalistlə bağlı yaranmış durumu nəzarətə götürəcəyinə, müvafiq tədbirlərin görülməsinə yaxından köməklik göstəriləcəyinə əminlik ifadə olunub.

Xatırladaq ki, səfər zamanı M.Aslanov Ukrayna Ali Radasının Ailə, gənclər, idman və turizm siyasəti üzrə komitəsinin sədri Artur Palatnı, Ukrayna gənclər və idman naziri İqor Jdanov, Ukraynanın elm və təhsil naziri Liliya Qrineviç, Ukrayna Həmkarlar İttifaqları Federasiyasının sədri Qriqori Osovoy, Ukraynanın Ali Radasının (parlament) 8-ci çağırış deputatı, "Petro Poroşenko Bloku” partiyasının üzvü Oleq Barna, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cinayətkarlıq Problemləri və Terrorizmlə Mübarizə Alt komitəsinin sədri, Ukrayna Ali Radasının İnsan Hüquqları, Milli Azlıqlar və Milli Münasibətlər Komitəsinin sədr müavini Georgi Loqvinski ilə Azərbaycan-Ukrayna münsaibətlərinin inkişafını əhatə edən müsahibələr hazırlayıb.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR