"Neftin ucuzlaşmasının qarşısının alınması..." - Nazir OPEC prezidenti ilə görüşdü

img

05-12-2018 [14:51]


Vyanada səfərdə olan Azərbaycan energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə qlobal neft bazarının cari vəziyyəti nəzərdən keçirilib. 

Neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparılıb. Bildirilib ki, hazırda OPEC+ ölkələrinin neft istehsalını azaltmaları təklifi səsləndirilir. Lakin neft bazarının gələcək inkişaf istiqaməti ilə bağlı fikirlər OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin bugünkü iclasında aydınlaşacaq.

Söhbət zamanı Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də BƏƏ ilə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR