ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Neftin ucuzlaşmasının qarşısının alınması..." - Nazir OPEC prezidenti ilə görüşdü - mia.az
Şriftin ölçüsü / 100 dəfə oxunub

"Neftin ucuzlaşmasının qarşısının alınması..." - Nazir OPEC prezidenti ilə görüşdü

05 Dekabr 2018 [14:51]
Vyanada səfərdə olan Azərbaycan energetika naziri Pərviz Şahbazov OPEC Konfransının prezidenti, Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei ilə görüşüb.

Energetika Nazirliyindən Mia.az-a verilən məlumata görə, görüşdə qlobal neft bazarının cari vəziyyəti nəzərdən keçirilib. 

Neftin ucuzlaşmasının qarşısının alınması, bazarda sabitliyə nail olmaq məqsədilə mümkün variantlar üzrə müzakirə aparılıb. Bildirilib ki, hazırda OPEC+ ölkələrinin neft istehsalını azaltmaları təklifi səsləndirilir. Lakin neft bazarının gələcək inkişaf istiqaməti ilə bağlı fikirlər OPEC-ə üzv və kartelə daxil olmayan ölkələrin Nazirlərinin Birgə Monitorinq Komitəsinin bugünkü iclasında aydınlaşacaq.

Söhbət zamanı Azərbaycanın OPEC+ əməkdaşlıq formatında rolu, eləcə də BƏƏ ilə arasında enerji sahəsində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. 


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR