ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide "Məmurun ana dilini bilməməsi onun qəbahətidir" - Prezident köməkçisindən mesaj - mia.az
Şriftin ölçüsü / 373 dəfə oxunub

"Məmurun ana dilini bilməməsi onun qəbahətidir" - Prezident köməkçisindən mesaj

05 Dekabr 2018 [12:17]
"Hər bir məmurun xarici dili gözəl bilməsi onun üstünlüyüdür. Amma milli dili bilməməsi və o dildə danışmaması onun qəbahətidir".

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfransda çıxışı zamanı deyib.

Əli Həsənov deyib ki, hər bir məmur milli dili bilməlidir: "Hər bir məmur xarici dili bilmirsə, əlbəttə bu, onun çatışmazlığıdır. Xarici dili bilmək məmura üstünlük gətirir, amma bilməməsi onun qəbahəti deyil, qəbahət milli dili bilməməkdir. O cümlədən bu, ziyalılara aiddir, o cümlədən bu, bizim jurnaistlərə aiddir, o cümlədən Azərbaycan ərazisində vətəndaşlıq statusu daşıyan istənilən insana aiddir. Azərbaycanda dövlət dilini qorumaq vəzifəsi ilk növbədə bu sahədə öhdəliyi olan məmurların boynuna düşür. Bu, tək dövlətin idarəçiliyində iştirak edən məmurların yox, o cümlədən akademik strukturlarda təmsil olunan bizim akademiklər, bizim alimlər, institutların elmi işçilərinin öhdəliyidir. İkincisi, əlbəttə, Azərbaycan dili tədris-təhsil müəssisələrində və nəhayət kütləvi informasiya vasitələrində qorunmalıdır".

Prezidentin kömkçisi deyib ki, hər bir dövlət öz dilinin saflığının qorunması, inkişafı və zənginləşməsinə xüsusi qayğı göstərməlidir, necə ki, Azərbaycan dövləti Prezident İlham Əliyev başda olmaqla bu gün o qayğını göstərir:

"Azərbaycan dili əsas dövlət atributlarından biridir. Yəni, dil haqqında danışanda ilk növbədə unutmaq lazım deyil ki, bu dil dövlətin əsas atributlarından biridir, qanunla qorunur, dövlətin hüquqi, siyasi statusunu daşıyır. Bundan başqa, ana dilimiz azərbaycançılıq idealogiyasının da mühüm elementir, onun siyasi və sosial-mədəni dayağıdır. Dünyada yaşayan azərbaycanlıları bir-birinə doğmalaşdıran və onlar arasında əsas ünsiyyət vasitəsi kimi çıxış edən Azərbaycan dilidir: "Dövlət dili respublikada bərqərar olmuş milli həmrəyliklə cəmiyyətimiz üçün xarakterik olan multikulturalizm vəhdətini təmin etməyə, yəni azərbaycançılıq məfkurəsinin əsas məqsədlərindən birinə çatmağa imkan yaradır. Məhz bu amillər bizdən dövlət dilinin istifadəsinə və inkişafına daim həssaslıqla yanaşmağı tələb edir”.



ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR