Şəhid Raquf Orucovun oğlu: "Çox xoşbəxt idim" (VİDEO)

img

05-12-2018 [11:39]


''Qarabağ" - "Sportinq'' oyununda meydana ulduz futbolçularla yanaşı, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhid övladları da çıxıb.

"Qarabağ" futbol klubunun oyunçularını müşayiət edən azyaşlı uşaqlar Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhid övladları və nəvələridir.

Qeyd edək ki, ötən gün Bakı Olimpiya Stadionunda "Qarabağ" klubu Avropa Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliyanın "Sportinq" klubu ilə qarşılaşıb. "Qarabağ"ın oyunçularla meydana çıxan uşaqlar arasında Milli Qəhrəman Şirin Mirzəyevin nəvəsi - 7 yaşlı Mirzəyev Şirin Vaqif oğlu, Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - 6 yaşlı Bağırov Əli Elşən oğlu və 2016-cı ilin Aprel döyüşlərinin şəhidi Raquf Orucovun oğlu - 12 yaşlı Oruclu Nihad Raquf oğlu da olub. Məqsəd isə futbolçuları qələbəyə ruhlandırmaq, dünya ictimaiyyətinin diqqətini bir daha Ağdamın hələ də işğal altında olması faktına yönəltməklə məcburi köçkün ailələrinin və onların övladlarının öz torpaqlarına qayıtmaq istəyini, komandanın oyunlarının doğma torpaqda keçirilməsi arzusunu nümayiş etdirmək olub.

Oyunda iştrak edən Aprel döyüşlərində şəhid olmuş Raquf Orucovun oğlu 12 yaşlı Nihad Oruclu deyir ki, meydana komandanın kapitanı Rəşad Sadıqovla çıxıb. Nihad çoxsaylı azarkeş qarşısına ilk dəfə çıxdığından bir az həyacanlı olduğunu deyir.

Gələcəkdə futbolçu olmaq istəməyən Nihad Oruclu, geyinib-soyunma otağından meydana çıxana qədər hətta bəzi futbolçularla söhbətləşdiyini də deyir. İngilis dilində sərbəst danışdığı üçün o, rəqib komandanın oyunçuları ilə də uzaqdan salamlaşıb.

Milli Qəhrəman Allahverdi Bağırovun nəvəsi - altı yaşlı Bağırov Əli Elşən oğlu isə meydana komandanın qapıçısı ilə çıxıb. Bu da onun öz istəyi ilə olub. Əli söhbət əsnasında bildirdi ki, gələcəkdə futbolçu olsa, qapıçı duracaq.

Oyun 6-1 hesabi ilə, "Qarabağ"ın məğlub olmasıyla başa çatıb. Bu məğlubiyyətə bütün azarkeşlər kimi bu balacalar da üzülüblər. (Xəzər TV)





Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR