Rusiya silahların ləğvilə bağlı məsuliyyət məsələsində hiylə işlədir" - ABŞ rəsmi Moskvaya 60 gün vaxt verdi

img

04-12-2018 [22:47]


ABŞ Rusiyaya INF anlaşmasının ( orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə) şərtlərinin yerinə yetirilməsi üçün 60 gün vaxt verib.

Bu barədə ABŞ dövlət katibi Mayk Pompeo məlumat verib.

O qeyd edib ki, Rusiya silahların ləğvilə bağlı məsuliyyət məsələsində hiylə işlədir və yeni raketlər Avropanı təhdid edir.

Xatırladaq ki, daha əvvəl "New York Times" qəzeti bildirimişdi ki, ABŞ orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilədən çıxmağı planlaşdırır və prezidenti milli təhlükəsizlik üzrə müşaviri Con Bolton bu barədə Rusiya tərəfinə Moskvaya səfəri zamanı məlumat verəcək.

Qeyd edək ki, orta və kiçik mənzilli raketlərin ləğvi haqqında müqavilə 1987-ci ilin 8 dekabrında Mixail Qorbaçovun Vaşinqtona səfəri zamanı imzalanıb/Teleqraf.com.

Digər xəbərlər
SON XƏBƏRLƏR