Ermənistanın yoxa çıxan “Su-25” hərbi təyyarəsi tapıldı - Qəzaya uğrayıb, iki pilot da ölüb

img

04-12-2018 [14:48]


Ermənistan Hərbi Hava Qüvvələrinə məxsus "Su-25” hücum təyyarəsi qəzaya uğrayıb.

Bunu ölkənin Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artsrun Ovannisyan"Facebook” səhifəsində yazıb.

Gümrü şəhərindəki aeroportdan havaya qalxandan sonra radarlardan itən döyüş təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb. Bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.

Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub