ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide 1 GB net paketi 5 manat, oğurlanan 117 mb, 4 manata qəbz... - Bakcell-dən daha bir fırıldaq - mia.az
Şriftin ölçüsü / 274 dəfə oxunub

1 GB net paketi 5 manat, oğurlanan 117 mb, 4 manata qəbz... - Bakcell-dən daha bir fırıldaq

04 Dekabr 2018 [14:37]
"Bu yaxınlarda Bakcelldən zəng edib nömrəmi pulsuz 4G ilə əvəz etdilər. Evə kimi gətirdilər. Bilirdim ki, nəsə zibili çıxacaq". 

Mia.az bildirir ki, bu sözləri jurnalist Məhəmməd Türkmən sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, ötən gecə nömrəni əsas telefona taxıb və 1GB internet paketi götürüb:

"Bundan sonra sadəcə sürətini saytda yoxladım və 117 mb internetim hesabdan silindi. Bakcell-in xanım əməkdaşı mənə deyir ki, Wi-Fi ilə netə bağlansanız da, 4G aktivdirsə mb-dan gedir. Deyirəm, 117 mb 5 dəqiqə ərzində nəyə xərclənib? Deyir internetə. Mən də elə bilirdim kartof almışam buna. Deyirəm ki, sadəcə internet sürətini yoxlamışam. Deyir ki, "Həmin sayt internetlə işləyir". Dahidir də. Deyirəm statistika verin mənə. Deyir ki, "Yaxınlaşın müştəri xidmətlərindən götürün. Qəbz 4 manat". 1GB net paketi 5 manat, 117 mb oğurlanır, statistikası 4 manat. Yəni heç kim bu itkiyə görə bu pulu verməz. Hər şey hesablanıb".

Məsələ ilə bağlı "Bakcell"ə sorğu versək də, hələki cavab ala bilməmişik.

Mia.az


ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR