ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide Ağdamın dəyişən icra başçıları: kim necə yadda qalıb? - mia.az
Şriftin ölçüsü / 563 dəfə oxunub

Ağdamın dəyişən icra başçıları: kim necə yadda qalıb?

28 Noyabr 2018 [15:59]
Asəf Quliyev

***

Qələminə və şəxsiyyətinə çox hörmət etdiyim jurnalist dostumuz Hikmət Sabiroğlunun maraqlı bir sözü var: "Ağdam işğal olunmasaydı, Azərbaycanda durum tamam fərqi olardı”.

Əlbəttə, bu fikir kiməsə gəlişi gözəl söz kimi görümə bilər. Amma Hikmət Sabiroğlu nə dediyini bilən adamdı...

Məqsədim Azərbaycanın siyasi, iqtisadi, sosial və hərbi durumuna təsir imkanlarını və mexanizmlərini saf-çürük etmək deyil. Sadəcə, bu gün gördüyüm bir foto məni Ağdamda yaşım çatandan yadımda qalan rayon rəhbərlərini yadıma saldı. Və "onlar yadımda necə qaldı" sualına cavab axtardım. 

Bu cavablarla Siz də tanış olun:

Telman Orucov

Uşaqlığımdan ilk yadımda qalan rayon partiya komitəsinin birinci katibi məhz Telman Orucovdur. Onunla bağlı, yəni Ağdamdakı fəaliyyəti ilə bağlı çox az məlumatım var. Amma yadımdadır ki, həyat yoldaşı bizim məktəbdə müəllimə idi, dərs deyirdi. Sadə bir həyat yaşayırdılar. Təbii ki, birinci katib idi və rayonda sözünün üstə söz yox idi. Amma yerli rayon aktivi ilə hesablaşırdı. Başqa yol da yox idi. Özü də çox uzaqdan deyildi. Ağdamla onun doğulduğu Şuşanın Malıbəyli kəndi arasında cəmi 30 km yol vardı.

Sadıq Murtuzayev

Telman Orucovu Sadıq Murtuzayev əvəz edəndə çox da səs-küylü olmadı. Partiya belə məsləhət bilmişdi. Amma çox keçmədi ki, Murtuzayev səs küy yaratdı. Yerli aktivlə bir az sərt davranışı sezilirdi. Amma bu sərtlik şəxsi ambisiyalar üçün yox təsərrüfatı dirçəltmək, rayonu abadlaşdırmaq, tikmək-qurmaq müstəvisində olduğundan çox da narazılıq yaratmışdı. Qarabağ münaqişəsinin ilk günlərindən proseslərə aktiv müdaxiləsi, xalq hərəkatına loyallığı onun xarakterinin cizgiləri oldu. Amma nədənsə respublika rəhbərliyi onu əvəz etmək qərarını verdi. Hesab etdilər ki, Ağdama çətin durumda yerli kadr daha gərəkli ola bilər.

Aydın Quliyev

Aydın Quliyev Ağdamlı idi. Atası rayon rəhbərlərində olmuşdu. Xalq adamı da demək olardı. Ağdamdan əvvəl işlədiyi Gədəbəydə də yaxşı ad qoymuşdu. Amma Ağdama çox pis vaxtda gəldi. Qarabağ münaqişəsinin fəsadı olan siyasi oyunların ilki Ağdamda oynanıldı və Aydın Quliyevin istefası ilə bitdi. Ona qarşı qurulan bu siyasi oyunbazlıq əslində Ağdama və bütövlükdə Azərbaycana qarşı qurulmuşdu. Çünki Aydın Quliyevin istefasından sonra Qarabağ münaqişəsinin yükünü çiyninə götürən Ağdamda ikitirəlik yarandı. Nə qədər Ağır da olsa bunu etiraf etməliyik. Onu qurulan bu oyunda əsas fiqurlar indi dünyadan köçdüyü üçün adlarını çəkməyə lüzum görmürəm. Amma əslində onlar özü də hansı oyunda oynadıqlarından bixəbər idilər. Çünki sonrakı aqibətləri ürəkaçan olmadı.

Səyyaf Verdiyev

Aydın Quliyevin isyefaslından sonra onun yerinə rayon Xalq Deputatları Soveti İcrayə Komitəsinin sədri Səyyaf Verdiyev gətirilldi. Səyyaf Verdiyev həm də Ağdamın ilk İcra Hakimiyyəti başçısı oldu. Səyyaf Verdiyevin hakimiyyəti çox dolaşıq illərə düşdü. Qarabağ münaqişəsinin müharibə mərhələsinin bşalanması da məhz onun dövrünə təsadüf elədi. Amma o bu ağırlığı qaldıra biləcək gücdə, idarəçiliyə malik məmur deyildi. Və bəlkə də o bu vəzifəyə gəlməklə çox ciddi bir yanlışlığa yol vermişdi. Təkcə özü üçün yox, həm də Ağdam üçün.

Gündüz Axundov

Ayaz Mütəllibov Xocalı faciəsinə bir gün qalmış Ağdamda İcra Hakimiyyəti başçısı dəyişikliyi qərarı verdi. Heç bir məntiqlə izah olunmayacaq idi bu qərar. Səyyaf Verdiyev əyninə hərbi paltar geyinən gün vəzifədən azad olundu. Onun yerinə Gündüz Axundov təyin olundu. Amma o elə təyin olunanda bəlli idi ki, yanlış qərardı. Bu yanlışlıq cəmi 5 ay çəkdi.

Nadir İsmayılov


AXC hakimiyyətə gələn bütün inzibati, maddi və mənəvi resurslarını AXC üçün, erməni təcavüzünün qarşısını almaq üçün göz qırpmadan sərf edən Nadir İsmayılov başçı təyin edildi. O dövrdə AXC hakimiyyətinin bəzi yanlış qərarlarına baxmayaraq bu qərar çox yerində verilmiş qərar idi. Amma situasiya çox gərgin idi. Artıq Ağdamda səpilmiş ikitirəlik toxumu cücərmişdi. Nadir İsmayılov bu cücərtilərin kökünü kəsə bilmədi, sadəcə müəyyən müddətə görünən hissələri biçə bildi. Amma yaranan münbit şərait bu cücərtilərin yenidən qalxmasını şərtləndirdi və bu "alaqlar” Nadir İsmayılovu da sıxışdıra bildi. Zərbə isə Ağdama və Azərbaycana dəydi. Zərbənin gücünü zəiflətmək üçün Nadir İsmayılov ona qarşı olanlara heç bir təpki göstərmədi. Ağdamın işğalına sanılı günlər qalmış Nadir İsmayılov vəzifədən kənarlaşdırıldı. Və onun yerinə oturmaq istəyən də tapıldı.

Qasım Kərimov

Karyer Qasım kimi tanınan bu adam Ağdam işğal olunana bir neçə gün qalmış ölkədəki başıpozuqluqdan istifadə edib başçı kreslosuna əyləşdi. Ali Sovetin sədri olan Heydər Əliyevin Ağdamın işğalından bir neçə gün sonra "mənim bu təyinatdan xəbərim yoxdur” deməsi Karyer Qasımın karyerasına son qoydu. Və o Ağdamın tarixində əmri verilməyən başçı kimi qaldı.

Səyavuş Vəliməmmədov

Heydər Əliyev Ağdam rayonuna Siyavuş Vəliməmmədovu başçı təyin etdi. Keçmiş partnomenklatura işçisi olan Siyavuş Vəliməmmədov müharibə burulğanına düşdü. Onun Tərtərin icra başçısı olan Sərdar Həmidov tərəfindən təhqir olunması Heydər Əliyevi bərk əsəbləşdirmişdi. Heydər Əliyev Sərdar Həmidova nə qədər əsəbləşmişdisə, bundan da artıq Siyavuş Vəliməmmədova da bu təhqirə dözdüyünə görə əsəbləşmişdi. Və o artıq bu posta layiq bilinmədi.

Həsən Sarıyev

Bir əlində "Kalaşnikov” balaca uşaqla şəkli bir müddət Qarabağ müharibəsində çəkilmiş ən maraqlı foto kimi qəzet, jurnal və kitabları bəzəyən Həsən Sarıyev vaxtı ilə Ağdamdakı çaxır zavodlarından birinə rəhbərlik edib. Çaxır zavodunda qazanılmış pulları xəsislik etmədən yerli batalyonlardan birinə xərcləyən Həsən Sarıyev, həmən batalyonun qeyri rəsmi sponsoru idi. Və pul verən sifariş də verir fəlsəfəsini yaxşı əxz etmiş sabiq "vinoddel” yeri düşən kimi öz iddiasına çatdı. Ağdam rayonunda uzun müddət İcra başçısı postunu tutan Həsən Sarıyev rayonda rəqiblərini neytrallaşdıra bildi. Azərbaycan tarixinin ən maraqlı seçki kruyozu da məhz onun adı ilə bağlı oldu. 1998-ci il seçkilərində Ağdamdakı məntəqələrdən birində seçkidə 100,08 faiz səslə bütün rekordlar qırıldı.

Nizami Sadıxov

Nizami Sadıxov sabiq polis rəisi idi və elə icra başçısı vəzifəsini də polis rəisi kimi həyata keçirdi. Onun idarəetməsi sırf bu üslubda qurulsa da Həsən Sarıyevdən qalan idarəetmə mexanizmlərinin bir çoxunu dəyişmədi. Əsas dəyişikliklər ondan sonra baş verdi.

Raqub Məmmədov

İcra başçısı kreslosuna MTN-dən, MTN-ə komsomoldan gələn Raqub Məmmədov özündən əvvəlki başçıların hamısının atasına rəhmət oxuda bildi. 70 faizi işğal altında olan, əhalisinin 80 faizi məcburi köçkün olan bir rayon üçün adi arayışa belə konkret "çərçivələr” qoyulması məhz onun idarəetmə "bacarığı” sayəsində mümkün oldu. Amma onun idarəçiliyinin kluminasiyası Ağdamın inzibati mərkəzi yerləşən Quzanlı qəsəbəsində Ağdamım simvollarından birinə çevrilmiş "Çay evi”nin yenidən tikilməsi idi. Yada salım ki, "Çay evi” Ağdamda Xudu Məmmədovun layihəsi və təşəbbüsü ilə Sadıq Murtuzayevin idarəçiliyi illərində tikilmişdi. Onun yenidən bərpası ilk baxışda yaxşı təşəbbüs kimi görümə bilərdi. Amma bu çayxananın tikilməsi üçün büdcə təşkilatlarında çalışan sadə vətəndaşların və hətta 200-300 manat maaşa işləyən müəllimin əmək haqqından 50 manat yığılması məhz Raqub Məmmədov idarəçiliyinin bəhrəsi idi. İndi Ağdama, daha doğrusu Quzanlı qəsəbəsinə gedənlər çox fəxrlə bu çayxnanın qarşısında şəkil çəkdirir, amma bilmirlər ki... Və əslində bilməyə borclu da deyillər.

Vaqif Həsənov

Hazırda Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini Vaqif Həsəvov tutur. Onun haqqında, yəni Ağdamdakı fəaliyyəti haqqında nəsə deməyə çətinlik çəkirəm. Çünki, hələlik heç bir ciddi dəyişiklik sezilmir. Amma insanlarla rəftarında daha korrekt olmağa çalışdığı söylənilir. Elə diqqətimi çəkən foto da onun şəhid ailəsinə həssas və korrekt münasibətin bir təzahürü hesab oluna bilər. Ola bilsin ki, Vaqif Həsənov köhnədən qalmış idarəçilikdən imtina etsin, ola da bilər ki, çərçivələr bir qədər də sərtləşdirilsin. 

İndi onun ətrafında özünə orbit axtaran bəzi neqativ yüklü "elektronların” xaotik fəallığı sezilir. Amma nəzərə almaq lazımdır ki, bu Vaqif Həsənovun təşəbbüsü yox, sadəcə onun, daha doğrusu tutduğu vəzifənin yaratdığı cazibə sahəsinin yaratdığı effekt də ola bilər. 

Ümid edək ki, Vaqif Həsənov ətrafında sərgərdan dolaşan neqativ yüklü "elektronların” toplanmasına imkan verməyəcək və sağlam bir mühit formalaşdıracaq. Çünki heç nə əbədi deyil, o cümlədən icra başçısı vəzifəsi də. Zaman gələcək ki, Vaqif Həsənovun da adı yuxarıda adı sadalananların siyahısına əlavə olunacaq. Bax o zaman onun adının qarşısında nə yazılacağı məhz onun bugünkü fəaliyyətindən asılı olacaq.

Mia.az


Digər Xəbərlər

ikinci el eşya alanlar Ücretsiz php Script indir film izle hd film izle aksiyon filmi izle Backlink satış karasu satılık daire shell indir md5 cracker r57 shell indir hacklink satışı Hack forumu Hack forumu PDO Kullanımı Warez Mavi orkide
SON XƏBƏRLƏR