Şriftin ölçüsü / 425 dəfə oxunub

Yeni televiziya kanalı sabahdan ümumrespublika yayımına çıxacaq - Açıqlama

26 Noyabr 2018 [15:43]
Azərbaycanda xəbər sahəsi üzrə ixtisaslaşmış yeni televiziya kanalı - ARB 24 noyabrın 27-də səhər saatlarından etibarən ümumrespublika yayımında olacaq”.

Bunu "Report”a açıqlamasında ARB media qrupunun strateji inkişaf direktoru İsmayıl Həsənov deyib.

O bildirib ki, televiziya kanalı artıq fəaliyyətə başlamağa tam olaraq hazırdır. 

Xatırladaq ki, yeni televiziya kanalı noyabrın 12-dən daxili test yayımına çıxmışdı.

Qeyd edək ki, Milli Televiziya və Radio Şurası 2017-ci ilin noyabrın 16-da ümumrespublika televiziya yayım kanalının açılması üçün (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı) müsabiqə elan edib. Həmin ilin dekabrın 16-dək davam edən müsabiqənin qalibi "Türkel TV” MMC (ARB 24) olub. Ona 31-ci TV yayım kanalında ümumrespublika televiziya yayımı üçün müddətsiz lisenziya verilib.


SON XƏBƏRLƏR
13:40 25.05.2019
Tramp Yaponiyaya gedib