"Rektorun vecinə deyil ki,..." - Dosentdən Prezidentə növbəti müraciət

img

21-11-2018 [15:36]


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti Əliyev Teyyub Qəni oğlu oğlu Prezident İlham Əliyevə, surəti Təhsil Naziri Ceyhun Bayramova müraciət edib.

Mia.az həmin müraciəti təqdim edir: 

HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Mən, ADNSU-nin rektoru, professor Mustafa Babanlının universitetimizdə çalışan professor- müəllim heyətinin öz vəzifələrinə yenidən seçilmək üçün mövcud olan qanunvericiliyə, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinə, zidd olaraq tətbiq etdiyi qaydalarla əlaqədar 8 noyabr 2018-ci ildə Sizə ərizə ilə müraciət etmişdim. 

Təəssüf ki, rektor ərizədə qeyd edilən nöqsanları aradan qaldırmaq əvəzinə onları nəinki eyni qayda ilə davam etdirir, hətta daha irəli gedərək, Sizə ərizə yazdığım üçün məni və ADNSU-nun "Enerji və neft-kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasının dosenti işləyən qızım Şəms Əliyevanı müxtəlif vasitələrlə təhdid edir, bizə iş prosesində problemlər yaradılacağı ilə bağlı mesajlar göndərir. Ən utanverici haldır ki, bəzi fakültə dekanlarının və kafedra müdirlərinin vasitəsilə bizlərə qarşı start verdiyi qarayaxma kompaniyasına dərs dediyimiz 19-20 yaşlı tələbələri də cəlb etməyə cəhdlər göstərilir (eşq olsun tələbələrə ki, onlar bu kompaniyaya qəti etiraz ediblər və edirlər). Rektorun vecinə deyil ki, bu gənclərin mənəvi tərbiyəsinə kökündən ziyan vurur. Rektor M.Babanlı işlədiyimiz "İqtisadiyyat və menecment” fakültəsinin professor-müəllim heyətini də bizə qarşı qaldırmaq istəyir: mesajlar göndərir ki, əgər biz onun istəyini yerinə yetirməsək fakültə bağlana, kafedralar, ixtisaslar ixtisara düşə bilər, müəlimlərə problemlər yaradılar. Rektorun birbaşa göstərişi ilə məni və qızımı işdən çıxamaq üçün qeyri-qanuni, utanverici bir prosesə də artıq start verilib. Belə ki, 8 noyabr 2018-ci ildə Sizə göndərdiyim ərizədə qeyd etdiyim kimi, rektorun təşəbbüsü ilə ADNSU-nin Elmi Şurası tərəfindən 23 dekabr 2015-ci ildə qəbul edilmiş və cəmi iki il qüvvədə olduğuna baxmayaraq, professor-müəllim heyətinin 5 illik fəaliyyətinə qiymət vermək üçün əsas götürülən "Azərbaycan Dövlət Neft və Sənaye Universitetində elmi işçilərin dərəcələrinin artırılması və təyinatı üzrə TƏLİMAT"a (?) uyğun olaraq mən və qızım Ş.Əliyeva öz vəzifəmizə yenidən seçilmək üçün tələb olunan balları artıqlaması ilə toplamışıq. 

Bunu nəzərə alaraq "Respublika” qəzetinin 01 may 2018-ci il tarixli 96 (6129) sayında mənim işlədiyim "Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və Ş. Əliyevanın işlədiyi "Enerji və neft kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün elanlanda-hər iki kafedrada- iki yer nəzərdə tutulmuşdur və biz müsabiqədə iştirak etmək üçün ərizələrimizi müvafiq qaydada təqdim etmişik və ərizələrimiz qəbul edilib. Ancaq qeyri-qanuni istəyinə nail olmayan rektorun təşəbbüsü ilə, əməkdaşların müsabiqədə iştirakının əngəllənməsi üçün, "Respublika" qəzetinin 01 iyun 2018-ci il tarixli 121 (6154) saylında ADNSU-də vakant yerləri tutmaq üçün verilmiş müsabiqə elanı kifayət sayda ərizələrin verilməməsi səbəbindən (?) ləğv etdirmiş və müsabiqənin qanunauyğun şəkildə (?) keçirilməsi üçün yeni elanın müvafiq zamanda veriləcəyi qeyd edilmişdi. "Respublika” qəzetinin 21 noyabr 2018-cil tarixli 260(6293) sayınada artıq belə elan verilmişdir. Ancaq Sizə yazdığım ərizədən hiddətlənən rektor mənim və qızımın bu müsabiqədə iştirakımızı əngəlləmək üçün"Respublika” qəzetinin 01 may 2018-ci il tarixli sayındakı elandan fərqli olaraq, bu elanda, "Sənaye iqtisadiyyatı və menecment” kafedrasında və "Enerji və neft kimya sahələrinin iqtisadiyyatı və menecment” kafedrasında vakant dosent vəzifəsini tutmaq üçün iki yox, bir yer ayrılmışdır (?) və bizə bildirilir ki, siz bu müsabiqədə iştirak edə bilməzsiniz!? Məqsədləri odur ki, mənə və qızım Ş.Əliyevaya işimizdə süni problemlər yaratmaqla, müxtəlif bəhanələrlə töhmətlər verib işdən azad edilmələrimiz üçün "əsaslar” yaratsınlar.

Bunları SİZƏ yazmaqda məqsədim nədənsə çəkindiyimlə bağlı deyil, haqsızlığın qarşısının alınması üçündür. Mən, 32 il, qızım 22 ildir ki, fasiləsiz olaraq ADNSU-da işləyirik. Bu müddət ərzində universitetin qabaqcıl, təşəbbüskar, intizamlı işçiləri kimi imic qazanmışıq. Mən, 119, o cümlədən son beş ildə 35 (onlardan 14-ü xaricdə), qızım 75, o cümlədən son beş ildə 41 (onlardan 11-i xaricdə) dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyanın, məqalələrin müəllifiyik. Xaricdə nəşr olunmuş məqalələrimizə çoxsaylı istinadlar vardır. Keçirilmiş açıq dərslərdə həmişə yüksək ballar toplamışıq. Bu gstəricilərə görə nəinki fakültənin, eləcə də, ADNSU-nun professor-müəllim heyəti sırasında ən öncül mövqelərdən birinə sahibik. Kollektivdə, eləcə də, tələbələr arasında yüksək nüfuzumuz və hörmətimiz vardır. İndi rektor M.Babanlının qeyri-qanuni istəyi ilə razılaşmadığımıza və bu barədə SİZƏ ərizə ilə müraciət etdiyimə görə bizə qarşı ədalətsiz mövqe sərgilənməlidirmi və öz vəzifəmizə yenidən seçilmək üçün süni əngəl yaradılmalıdırmı?

ADNSU-nun rektoru, professor M.Babanlının əsassız, düşünülməmiş qərarlarına etraz etdikdə "Məni bu vəzifəyə cənab Prezident təyin edib” deyə cavab verir. Bunula da, özünün toxulmaz, qanunvericiliyə riayət etmədən istədiyi qərarı qəbul etməkdə və yeritməkdə "sərbəst” olduğunu nümayiş etdirir və bununla da, SİZİN imicinizə kölgə saldığını vecinə almır.

HÖRMƏTLİ CƏNAB PREZİDENT!

Təbiidir ki, rektorların təyinatı Sizin səlahiyyətinizə aiddir. Ancaq bu professor M.Babanlıya ADNSU-ni "öz istəyi ilə” idarə etməyə əsas verirmi? Axı bizlər şahid olmuşuq ki, SİZ dəfələrlə məmurlara tapşırıq, göstəriş vermisiniz ki, fəaliyyətinizdə qanunları əsas tutun, işçiləri əsassız yerə incitməyin, kollektivdə işgüzar mühit yaradın. Məgər bunlar ADNSU-nun rektoru, professor M.Babanlıya aid deyilmi?

HÖRMƏTLİ CƏNAB PREZİDENT!

ADNSU rektorunun Əmək Məcəlləsinin tələblərinə və Təhsil Qanuna zidd olan qeyri-qanuni hərəkətlərinə, mənə və qızım Ş.Əliyevaya qarşı təhdidlərinə son verməsi üçün Sizin müvafiq göstəriş vermənizi bir daha xahiş edirəm.

HÖRMƏTLƏ:
"Sənaye iqtisadiyyatı və menecment” kafedrasının dosenti: T.Q.Əliyev
21.11.2018


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR