"Məktəb direktoruna xəsarət yetirilməsini hiddətlə qarşılanır" - Bakı Təhsil İdarəsi açıqlama yaydı

img

21-11-2018 [13:57]


Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtdakı 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevlə tanınmış aktyor Rza Rzayevin davası ilə bağlı rəsmi açqılama yayıb.

İdarədən Mia.az-a verilən məlumata görə, təhsil müəssisəsinin rəhbərinə qarşı şəxsi toxunulmazlıq və digər hüquqi prinsiplərin kobud şəkildə pozulması ilə müşahidə olunan fiziki zor tətbiq edilməsi və bədən xəsarətləri yetirilməsi təhsil ictimaiyyəti tərəfindən hiddətlə qarşılanır: "Qeyd edək ki, məsələni Təhsil Nazirliyinin rəhbərliyi bilavasitə diqqət mərkəzində saxlayır. Noyabrın 20-də aldığı ağır xəsarətlər səbəbindən 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmiş 175 nömrəli tam orta məktəbin direktoru Tural Mirzəliyevə baş çəkilib, səhhəti ilə maraqlanılıb.

Tural Mirzəliyevə şəfa diləyir və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırması aparılan məsələnin ədalətli hüquqi qiymət alacağına inanırıq”.

Digər xəbərlər
SON XƏBƏRLƏR