"Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcək" - Əflatun Amaşov

img

21-11-2018 [13:50]


"Noyabrın 18-də Azərbaycan Mətbuat Şurası və Rusiya Jurnalistlər İttifaqı arasında imzalanan memorandum iki ölkə jurnalistləri arasında əlaqələri daha da inkişaf etdirəcək".

Bunu "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov deyib. 

O bildirib ki, bu memorandumu bağlamaqda məqsəd əlaqələri möhkəmləndirməkdir.

"Bu vaxta qədər də iki ölkə arasında jurnalistika sahəsində əlaqələr mövcud idi. İmzalanmış memorandumun da əlaqələrimizin möhkəmləndirilməsinə töhfəsini verəcəyinə inanırıq. Qeyd etmək istərdim ki, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri planlaşdırılır. Mayda Azərbaycan jurnalistləri Rusiyaya səfər edəcəklər" - deyə Amaşov əlavə edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR