"Səudiyyə ilə iqtisadi əlaqələri dayandırsaq, neftin qiyməti kəskin bahalaşacaq" - Tramp

img

21-11-2018 [13:20]


Səudiyyə Ərəbistanı ilə iqtisadi əlaqələri dayandırsaq, neftin qiyməti kəskin bahalaşacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O qeyd edib ki, ölkəsi Səudiyyə Ərəbistanı ilə ticari müqavilələri davam etdirəcək: "100 milyard dollardan imtina etməyəcəyik. Əgər imtina edərsək neftin qiyməti kəskin artacaq”.

ABŞ Prezidenti Səudiyyə Ərəbistanı ilə özünün şəxsi ticari əlaqəsinin olmadığını söyləyib: "Əgər biz rəsmi Ər-Riyada hərbi avadanlıqlar satmasaq Səudiyyə Ərəbistanının bu tələbatını Rusiya və Çin təmin edəcək. Nəticədə Rusiya və Çin bu vəziyyətdən çox razı qalacaq”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR