Ramiz Mehdiyev Rusiyada səfərdədir - Görüşlər keçiriləcək

img

21-11-2018 [12:00]


Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Rusiyada səfərdədir.

Səfərdə məqsəd MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI iclasında iştirak etməkdir.

Görüşdə nümayəndə heyətlərinin başçıları MDB məkanında milli və beynəlxalq təhlükəsizliyin təminatını, təşkilata üzv ölkələrin Antiterror mərkəzlərinin fəaliyyətini, radikal təmayüllü dini cərəyanların yayılmasına qarşı mübarizə məsələlərini müzakirə edirlər.

MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri təşkilat ölkələrinin vahid epidemioloji məkanı ərazisində birgə fəaliyyət mexanizmini, hibrid müharibələrində informasiya amilini də nəzərdən keçirirlər.

Görüşdə, həmçinin Əfqanıstandakı hərbi-siyasi vəziyyət, Mərkəzi Asiya regionu dövlətlərinin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirləri nəzərdən keçirmək planlaşdırılır.

Görüşdə terror təşkilatlarının maliyyələşdirilməsinin, o cümlədən cinayət yolu əldə edilən gəlirin leqallaşdırılmasının qarşısının alınması istiqamətində birgə fəaliyyətə dair məsələlər də müzakirə olunur/report


Digər xəbərlər
SON XƏBƏRLƏR