“İşğal edilmiş torpaqlarda ermənilər narkotik bitkilər becərir” - Əli Həsənov

img

19-11-2018 [11:31]


Azərbaycanın İranla dövlət sərhədinin 132 km-lik hissəsi nəzarətsiz zonaya çevrilib ki, həmin ərazilərdən də Avropa və digər ölkələrə narkotik vasitələr daşınır.

Mia.az trend-ə istinadən xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri, Baş nazirin müavini Əli Həsənov bu gün Bakıda keçirilən BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə Alt Komissiyasının 53-cü sessiyası zamanı bildirib.

O qeyd edib ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir:

"Həmin ərazilərdə narkotiklərin istehsalı və tranziti, eləcə də terrorçu qrupların yaradılması və onlara təlimlər keçirilməsi təhlükənin miqyasını daha da artırır. Bu, beynəlxalq normaları pozur".


Digər xəbərlər
SON XƏBƏRLƏR