Putin bu gün Türkiyəyə səfər edəcək - Kreml açıqlama yaydı

img

19-11-2018 [10:36]


Bu gün Rusiya prezidenti Vladimir Putin Türkiyəyə səfər edəcək. 

Bu barədə Kreml başçısının köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Rusiya dövlət başçısı "Türk axını” layihəsinin başa çatması ilə bağlı təşkil ediləcək mərasimdə iştirak etmək üçün İstanbulda səfərdə olacaq. Putin səfər çərçivəsində həmkarı Rəcəb Tayyip Ərdoğanla da görüşəcək. 

Qeyd edək ki,  "Türk axını” boru kəməri Rusiya təbii qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. Qaz nəqli 2020-ci ildə həyata keçiriləcək. Layihənin ümumi dəyəri 11,4 milyard avro həcmində qiymətləndirilir.

Putinin bu səfəri bir tədbir çərçivəsində nəzərdə tutulsa da, çoxsaylı müzakirələr doğurub. Xüsusilə, son vaxtlar gündəmə gələn Türkiyənin Rusiyadan almağa hazırlaşdığı "S-400"lərdən imtina edə biləcəyi barədə xəbərlər məsələni bir daha aktuallaşıb. Bundan əlavə, Pensilvaniyada yaşayan FETÖ lideri Fətullah Güləni ABŞ-ın Türkiyəyə ekstradisiya edəcəyi, hətta Ağ Ev sahibi Donald Trampın bununla əlaqədar xüsusi göstəriş verməsi barədə xəbərlər də müzakirələrə çevrilib. Ekspertlər Gülən ekstradisiyasının baş tutacağı təqdirdə Türkiyə-Amerika münasibətlərinin müsbətə doğru sürətlə dəyişəcəyini və bunun Rusiya-Türkiyə münasibətlərində izsiz ötüşməyəcəyini qeyd edirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR