19-11-2018 [10:01]
"Səfir təyin olunan şəxs ən azı ağıllı, psixoloji durumu yerində olmalıdır, işləmək bacarğı hansısa sahədə özünü göstərmiş şəxs olmalıdır. Hansısa xarici dil bilməsi mütləq tələb deyil. Çünki dünyada çoxsaylı dillər var və səfirin təyin olunduğu ölkənin yerli dilini bilməsi mütləq deyil”.
Mia.az xəbər verir ki, bunu "Yeni Müsavat”a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, dünyada beynəlxalq səviyyədə işlədilən bir neçə xarici dil var ki, səfirin həmin dilləri bilməsi müsbətdir. Amma bu da mütləq tələb deyil.
"Səfir öz ölkəsinin tarixi, mədəniyyəti, müasir vəziyyəti - bir sözlə, ölkəsi haqda çox ətraflı biliyə, informasiyalara malik şəxs olmalıdır. Çünki səfirin işi dövlətini təmsil etmək, tanıtmaq, dövlətinin mövqeyini təbliğ etməkdir. Səfir işlədiyi ölkədə gedib çayxana söhbətlərini apara bilməz. Səfir, eyni zamanda, təşkilatçılıq bacarğına malik kadr olmalıdır. Çünki müxtəlif tədbirlər, ölkəsinin milli bayramlarından tutmuş, siyasi tədbirlərə, konfranslara, tanıtım tədbirlərinə qədər bir çox işləri təşkil etməli olur”.
T.Zülfüqarov bildirib ki, Cenevrə konvensiyasında səfirin hansı imtiyazlara, hüquqlara malik olduğu, ölkə qanunvericiliyində, "Diplomatik xidmət haqqında” qanunda isə hansı hüquqlara malik olduğu və hansı işlərin səfir üçün yasaq olduğu barədə aydın yazılıb: "İstər səfir, istər diplomatik heyətə aid imtiyazlar, hansı qaydalara əməl etmələri barədə qanunlarda müddəalar əksini tapır. Necə ki, qanuna görə, deputatlar və rəsmi dövlət məmurları üçün işlədiyi müddətdə bizneslə məşğul olmaq qadağandır, eyni ilə də səfir və ya diplomatik heyət üçün qadağandır”.
Tofiq Zülüfqarov İspaniyaya Azərbaycandan diplomatik yük olaraq 2 ton çaxırın aparılması barədə yayılanlar barədə də danışıb: "Əvvəla, mən başa düşmürəm 2 ton çaxırı diplomatk yük adı altında aparmaq nəyə lazım idi? Mən səfir işləyəndə biz də tədbirləri hazırlayarkən bəzi məhsulları Azərbaycandan gətirirdik. Məsələn, ət, balıq gətirirdik ki, ölkəmizin məhsulları kimi təqdim olunsun. O məhsulları Azərbaycanın Xarici İşlər Nazirliyi rəsmi diplomatik yük olaraq göndərirdi. Diplomatik yüklə hansısa biznesmenin ixrac etdiyi yük fərqlidir. Məsələn, mən xatırlayıram, Latviyada yaşayan bir azərbaycanlı biznesmen Azərbaycandan butulkalarda çaxır ixrac edirdi və Latviyada satırdı. Çaxırlar diplomatik yük olaraq gətirilmirdi. O adam qanuni yolla bu məhsulun ixracını-biznesini həyata keçirirdi. Biz ona kömək etdik ki, Azərbaycan məhsulunun tanınması və populyarlıq qazanması üçün çaxırlar diplomatik dükanda da satılsın.
Latviyada erməni konyakı və digər məhsulları diplomatik dükanlarda geniş təmsil olunurdu. Biz də səfirlik olaraq, qeyd etdiyim həmin azərbaycanlı biznesmenə gətirdiyi Azərbaycan çaxırını diplomatik dükanlarda satması üçün kömək etdik. Həmin məhsullar diplomatik dükanda yaxşı satılırdı və tanınırdı. Xüsusi qeyd edim ki, çaxır biznesi səfirin və ya səfirlikdə işləyən başqalarının biznesi, yox, bir azərbaycanlı iş adamının biznesi idi. Biz sadəcə olaraq, Azərbaycan məhsulunun təbliğinə köməklik edirdik.
Səfirlərin bir işi də ölkəsinin məhsullarını təbliğ etmək, bu işə dəstək verməkdir. Bu günlərdə ki, İspaniyaya iki ton çaxırın diplomatik yük olaraq aparılmasıbarədə məlumatların yayılması açığı, məndə təəccüb yaratdı. İspaniyaya aparılan 2 ton çaxırın həqiqətən də diplomatik yük kimi aparılması, məhsulun təbliğat üçün aparılıb-aparılmadığlı barədə dəqiq bir fikir söyləməkdə çətinlik çəkirəm. Bu hadisə çox qəribə hadisədir. Diplomatik yükün daşınması tamamilə ayrı bir xidmətdir. Bu xidmət fergyegerlər vasitəsilə aparılır. Yükün siyahısı göstərilir, yük xüsusi möhürlə bağlanır və səfir orada olan mallara nəzarət edir və imza atır. Ona görə də mən inanmıram ki, 2 ton çaxır İspaniyaya diplomatik yük kimi gətirilib. Diplomatik yükü Azərbaycanın fergyeger xidməti və Xarici İşlər Nazirliyi göndərməlidir. İki ton çaxır, məncə, diplomatik yük ola bilməz”.
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb